Azərbaycanlı müğənni orqanlarını vəsiyyət edib

Azərbaycanlı müğənni orqanlarını vəsiyyət edib
2023 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Qismət orqanlarını vəsiyyət edib.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Qonaq gəl bizə” verilişində məlumat verib.

“Doğrudur, hələlik rəsmi şəkildə vəsiyyət yazmamışam. Yaxın günlərdə bunu reallaşdıracağam. Demişəm ki, mən dünyamı dəyişəndə orqanlarım ehtiyacı olana bağışlanılsın. Onsuz öldükdən sonra orqanlarım torpağın altında çürüyəcək. Amma hansısa bir insan mənim böyrəyimlə həyatına davam edə bilər. Bu, daha böyük savabdır” - deyə Qismət bildirib.