Ermənistanın "Eurovision" mahnısı araşdırılacaq

Ermənistanın "Eurovision" mahnısı araşdırılacaq
1422 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi Ermənistanın bu il təqdim edəcəyi “Don't Deny” (“İnkar etmə”) mahnısında “erməni soyqırımı”nın tanınması üçün çağırışların olub-olmadığını araşdıracaq.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bunu “Eurovision” Mahnı Müsabiqəsinin təşkilati işlər rəhbəri Sietse Bakker deyib.
 
S. Bakker “Don't Deny” mahnısının “erməni soyqırımı” iddialarına həsr olunması barədə məlumatı şərh edərkən bildirib ki, Ermənistanın İctimai Televiziyası (AMPTV) həqiqətən sözügedən mahnını müsabiqəyə çıxaracağını elan edib:

“Lakin bildiyimə görə, onlar bu mahnının soyqırımı məsələsi ilə əlaqəli olduğunu bəyan etməyiblər. Bu fikir mətbuat tərəfindən irəli sürülüb. Biz mahnını dinləyəcəyik və onun qaydalarla uyğun olub-olmadığını yoxlayacağıq. Çünki müsabiqədə heç bir siyasi bəyanatlar və jestlərə icazə yoxdur”.