Türk pop musiqisinə ağır itki

Türk pop musiqisinə ağır itki
2025 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin ilk qadın söz yazarı Fikrət Şeneş 94 yaşında dünyasını dəyişib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk pop musiqisinə 300-dən çox mahnı bəxş edən F.Şeneş Erol Büyükburc, Ajda Pekkan kimi müğənnilərin məşhur bəstələrinin müəllifidir.

Onun sözlərini yazdığı mahnılar arasında “İssız adam” filmindəki “Anlamazdın”, “Bir başkadır memleketim”, “Bir günah gibi”, “Kapı açık, arkanı dön ve çık”, “Haykıracak nefesim”, “Uykusuz her gece”, “Kimler geldi, kimler geçti” və s. yer alır.

Fikrət Şeneş son üç ildir, alzaymer xəstəliyindən (beyin hüceyrələrinin məhv olması nəticəsində yaranan nevroloji xəstəlik) əziyyət çəkirdi.