"Şərt kəsdim ki, öpüşməyəcəm" - Oksana

"Şərt kəsdim ki, öpüşməyəcəm" -  Oksana
4192 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Oksana Rəsulovanın gəlinlik libasında yayılan fotosu hamını heyrətləndirib.

Axşam.az-ın məlumatına görə, Hindistandan qayıdan kimi repçi Elşad Xose ilə rəsmən boşanan sənətçi gəlinliyi reklam çəkilişi üçün geyinib.

Rəqqasə “ATV” telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında Hindistanda çəkiləcəyi filmə görə soyadını dəyişdiyini deyib:

“Filmin yaradıcı heyətilə şərt kəsmişəm: açıq-saçıq səhnələr, öpüşmə olmayacaq. Bu, mənim mentalitetimə uyğun deyil. Bir də soyadımı dəyişdim, indi Oksana Rəsuli olacağam”.