Aygün: "Heç vaxt olmadığım fərqli imicdə görünəcəm"

Aygün: "Heç vaxt olmadığım fərqli imicdə görünəcəm"
2903 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova Qəbələdə baş tutacaq konsertinə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında geyimi ilə hər kəsi təəccübləndirəcəyini deyib:

“Moskvadakı modelyerim öz komandası ilə mənə libas hazırlayır. 8 Martda baş tutacaq konsertimdə məni heç bir klipimdə olmadığım fərqli imicdə görəcəksiniz. Özümü rahatlıqla peşəkarların öhdəsinə buraxmışam. Bu, mənim üçün önəmli konsertdir. Hər zaman  Heydər Əliyev adına Konqres Zalında səhnəyə çıxmaq istəmişəm. Nəhayət, mənə də bu qismət oldu. Səhnəni Elton Hüseynəliyevlə bölüşəcəm. Bütün sənət dostlarıma o, mərkəzdə konsert verməyi arzulayıram”.

Yeni kliplərindən danışan A.Kazımova “İki mahnımı ekranlaşdıracam. İkinci klipdə elə bir obrazda olacam ki, hamınız təəccüblənəcəksiniz” deyə, əlavə edib.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə baş tutacaq gecənin təşkilatçısı prodüser Tolik, aparıcısı Afaq Gəncəlidir.