Türklərin məşhur serialı Azərbaycanda çəkiləcək

Türklərin məşhur serialı Azərbaycanda çəkiləcək
2847 dəfə oxunub
  • A-
  • A
  • A+

“TRT 1” kanalı sevilən seriallarından olan “Varlı qız, kasıb oğlan”ın ssenarisinə Azərbaycanı da daxil edib.

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan AzərTAc-a bildirib ki, serialın bir bölümü qarşıdakı həftələrdə Bakıda çəkiləcək.

Ötən həftə Azərbaycanın iki aktyoru - Sənubər İsgəndərli və Əzizağa Əzizov “Varlı qız, kasıb oğlan”ın 36-cı seriyasına çəkiliblər.
 
Yüksəl Dəyərcan azərbaycanlı aktyorların oynadığı hissənin mayın 16-da, Bakı vaxtı ilə saat 21:50-də nümayiş etdiriləcəyini bildirib.
 
Serialı çəkən “MinT Prodüksiyon” şirkətindən “trtazerbaycan.com”a verilən məlumatda isə bu addımın ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan xalqları arasında körpüyə bir töhfə vermək məqsədi daşıdığı bildirilib.
 
Bundan əlavə, serialın bəzi hissələri də Azərbaycanda çəkiləcək. Bunun üçün “Varlı qız, kasıb oğlan”ın yaradıcı heyəti may ayı ərzində Azərbaycana səfər etməyi planlaşdırır.

Daha əvvəl TRT-nin məşhur “Avrupa, Avrupa” serialının bir hissəsi də Azərbaycanda çəkilmişdi.

Lakin keçən həftə Bakıda səfərdə olan TRT-nin baş direktoru İbrahim Şahin serialın bir hissəsinin Azərbaycanda çəkilməsinin kifayət etmədiyini söyləyib, “Mən bu çəkilişlərə serialda daha çox yer verilməsini istəyirdim” deyib.