Aygünlə Namiqin duetini oğurlayıblar

Aygünlə Namiqin duetini oğurlayıblar
3628 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu ilə oxuduğu “Dözmədi qəlbim” mahnısını oğurlayıblar.

Axşam.az-ın məlumatına görə, bu haqda meyxanaçı “ATV Maqazin”də xəbər verib:

“Özbək bir müğənni oxuyub. Adımı müəllif kimi yazıb. Amma nə olsun? Zəng edib icazə almalıydı. Bundan əvvəl də mahnılarımı oxuyanlar olub. İcazə alıblar. Nə edim? Məhkəməyə verim?”.

N.Qaraçuxurlu qalmaqal edən xalq artistlərindən də danışıb:

“Onlar qalmaqalla heç nə əldə etmirlər. Bu işdə qazanan ancaq xalq olur. Çıxıb efirdə bir-birini şantaj edirlər, ailə sirlərini açırlar, videoların yayırlar. Barışmağa yer qoymurlar. Sonra tədbirdə öpüşüb-görüşürlər. Medianı günahlandırırlar ki, onlar yazdı, qızışdırdı. Biz müğənnilər hələ nə etdiyimizi tam bilmirik. Bu gün addım atır, sabah peşman oluruq. Belə anlaşılmaz qalmaqallar da bundan irəli gəlir".