Səməd Flora Kərimova ilə duet oxuyub

Səməd Flora Kərimova ilə duet oxuyub
843 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Səməd Səmədov həmkarı Flora Kərimova ilə duet oxuyub.

Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində deyən müğənni yeni fotosessiya da etdirib:

“Yaradıcılıq işlərimi fasilə vermədən davam etdirirəm. Hər il ifa etdiyim yeni mahnıdan ən azı ikisi hit olur. 2015-ci il başlayandan yeni mahnılar lentə aldırmışam. Onlar arasında Flora Kərimova ilə ifa etdiyim duet də var. Mahnı 6-8 ritmdədir. Bu, Flora xanımın repertuarında bir yenilikdir. Həmin dueti bir neçə günə dinləyicilərin ixtiyarına verəcəyik. Bundan əlavə hazırda bütün diqqətimi həyata keçirəcəyim layihəyə yönəltmişəm. Bunun üçün müxtəlif obrazlarda fotosessiya da etdirmişəm”.