Sevdanın formada qalma sirri

Sevdanın formada qalma sirri
4335 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva formada qalmağından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “İncə+” verilişində xüsusi pəhriz saxlamadığını bildirib:

“Yeməyimə sərhəd qoymuram. Hər şeydən yeyirəm. Amma qədərində. Milli mətbəximiz o qədər dadlı və zəngindir ki, heç nədən imtina etmək olmur. Ümumiyyətlə, hər bir nemətdən dadmaq lazımdır. Orqanizm üçün faydalıdır. Az miqdarda yemək kökəltmir. Bir də təmiz havada gəzmək lazımdır. Mən qışda da bulvara gedir, ayaqla gəzirdim, qaçırdım".