Hindistanda məmurlara yoqa dərsi veriləcək

Hindistanda məmurlara yoqa dərsi veriləcək
866 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda 3 milyon məmura və ailələrinə həftənin 6 günü pulsuz yoqa dərsi veriləcək.

Axşam.az BBC-yə istinadən xəbər verir ki, Hindistan hökuməti verdiyi yeni qərarın səbəbini açıqlamayıb.

Aprelin 1-dən başlayacaq və həftənin 6 günü nəzərdə tutulan dərslərə ölkənin hər yanından olan məmurlar və ailələrinin qatılmağı nəzərdə tutulub.

Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi ölkəsində yoqa sevgisi il məşhurlaşıb. O, keçən il hətta “Yoqa Naziri” təyin edərək, Birləşmiş Millətlər Təşkilatına 21 İyunun “Dünya Yoqa Günü” kimi qeyd olunmasını istəmişdi.