“Show TV”də Elnurla bağlı səhv

“Show TV”də Elnurla bağlı səhv
3096 dəfə oxunub
  • A-
  • A
  • A+
Ölkəmizi bu il “Eurovision”da təmsil edəcək müğənni Elnur Hüseynov “Show TV”də yayımlanan aparıcılığını müğənni Alişan və model Çağla Şikəlin etdiyi “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçının soyadı verilişdə “İsmayılov” deyə yazılıb. E.Hüseynovun iradından sonra səhv düzəldilib.

Yeniliklərindən danışan ifaçı "Eurovision"dan sonrakı planlarını açıqlayıb:

“Mayı başa vurub, yaradıcılıq işlərimdə yeniliklər edəcəm. Türkiyəyə qayıdacam. Burada yeni bir albom hazırlayacam. Bir yox, bir neçə mahnılar təqdim edəcəm".

Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. E.Hüseynov «Hour of the Wolf» mahnısı ilə Azərbaycanı təmsil edəcək.