"Qarabağ və Kırımın işğalı eyni dəst-xətdir" - Ruslana

"Qarabağ və Kırımın işğalı eyni dəst-xətdir" - Ruslana
2018 dəfə oxunub
  • A-
  • A
  • A+
“Gəldilər və bizim torpaqlarımızı zəbt elədilər. Bu məsələlərdə birmənalı olaraq paralellik var. Qarabağ və Krımın işğalı eyni dəst-xətdir”.

Axşam.az-ın musavat.com-a istinadən məlumatına görə, bu sözləri Ukraynanın xalq artisti, tanınmış ictimai-siyasi xadim, “Eurovision” musiqi yarışmasının qalibi Ruslana vesti.az saytına müsahibəsində Krım və Dağlıq Qarabağ münaqişələri arasında paralellik apararkən bildirib.

“Əgər şərin qarşısı alınmasa, belə konfliktlər hər yerdə qızışacaq” – deyib Ruslana. O, Ukraynadakı Azərbaycan diasporundan da razılıq edib:
 
“Onlar gözəl insanlardır. Biz doğma kimiyik. Azərbaycan və Ukrayna xalqları qohumluq əlaqələrinə malikdir. Bizim aramızda qarşılıqlı məhəbbət və qarşılıqlı heyranlıq var. Mən sizin xalqı sevirəm”.