Flora Kərimovayla Nadirin yeni klipi

Flora Kərimovayla Nadirin yeni klipi
1427 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə birgə ifa etdikləri “Dözmür ürək” mahnısına klip çəkdiriblər.

Axşam.az xəbər verir ki, bunu Lent.az-a klipin rejissoru Nail Naiboğlu deyib. 

“Flora xanımla Nadir Qafarzadə təxminən bir il əvvəl bu mahnını ifa ediblər. Daha sonra Nadir Qafarzadə mənə müraciət edərək, bu mahnıya klip çəkməyimi istədi. Onun istəyini yerinə yetirdim. Düşünürəm ki, fərqli bir iş ortaya çıxıb” – deyə o, əlavə edib. 

Qeyd edək ki, “Dözmür ürək” mahnısının müəllifi Elşəndir. Aranjemanı Osmana məxsu olan klipdə ifaçıların geyimləri ilə modelyer Fikrət Əliyev, stilist Zaur məşğul olub. Montajçı Elnar Haşımov, operator Emin Hüseynov, klipin prodüserləri Pərviz Oqtayoğlu və Tural Şıxaliyevdir.