Təyyarə arıya görə enməyə məcbur oldu

Təyyarə arıya görə enməyə məcbur oldu
2281 dəfə oxunub
  • A-
  • A
  • A+

Sauthempton-Dublin reysini yerinə yetirən təyyarə hava gəmisinin xarici hissəsində cihaza düşmüş həşərata görə aeroporta qayıtmağa məcbur olub.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, "Flybe" şirkətinə aid olan təyyarənin pilotu texniki nasazlıq haqqında xəbər verib. Ona Sauthemptonda eniş etməyə icazə verilib.

Aeroportda müayinə zamanı mühəndislər problemin səbəbinin arı olduğunu aşkar ediblər.

Təyyarənin ekipajı geçikməyə görə sərnişinlərdən üzr istəyib.