Prezident "YARAT"ın ilk daimi məkanında - fotolar

Prezident "YARAT"ın ilk daimi məkanında - fotolar
1404 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olublar.

Axşam.az-ın məlumatına görə, diqqətə çatdırılıb ki, YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir.
 
Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb. Yeni kitabxananın fəaliyyət göstərəcəyi bu məkanda YARAT-ın keçirdiyi sərgilər və il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların dörd müvəqqəti sərgisi nümayiş olunacaq. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Bu mərkəzin başlıca prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlığı gücləndirməkdir.