Müğənni dörd yaşlı qızından danışdı (Foto)

Müğənni dörd yaşlı qızından danışdı (Foto)
3942 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlahə İbadova ötən gün qızı Ayanın 4 yaşını qeyd edib.

Axşam.az-ın məlumatına görə, əlamətdar gündə böyük məclis təşkil etməyən ifaçı qızı və ailəsi ilə maraqlı gün keçirib. Sənətçi qızına ilk növbədə savadlı və cəmiyyət üçün yararlı bir şəxsiyyət olmağı aşıladığını deyib:

“Ayan mənim bir parçamdır. Onunla ana-bala münasibətindən başqa dostluq körpüsü də yaratmışam. Ayanı ilk növbədə sağlam, savadlı və cəmiyyət arasında özünü doğru istiqamətləndirə biləcək bir övlad olaraq yetişdirirəm" - deyən sənətçi övladına həm ata, həm də ana qayğısı göstərdiyini bildirib.

Gününün bir hissəsini Ayan üçün ayıran sənətçi, səhnə yorğunluğunu da məhz qızı ilə çıxardığını sözlərinə əlavə edib.