Elariz də mahnı yazmağa başladı

Elariz də mahnı yazmağa başladı
2449 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elariz Məmmədoğlu yaradıcılığı ilə bağlı yeni qərar alıb.

O, Axşam.az saytına açıqlamasında bundan sonra efirdə çox görünməyəcəyini deyib. Sənətçi insanların gözünü yormaqdan qorxur:

“Son vaxtlar efirdən uzaq qalıram. Çox görünüb tamaşaçıları bezdirmək istəmirəm. Düşünürəm ki, müğənni tamaşaçını intizarda saxlamalıdır. Hazırda yeni albom hazırlayıram. Həmin albomum Türkiyədə işıq üzü görəcək. Mahnıların əksəriyyətini isə özüm bəstələyirəm. Hətta sənətçi dostlarım da məndən mahnılar istəyib”.