66 yaşlı məşhur musiqiçi ata oldu

66 yaşlı məşhur musiqiçi ata oldu
1807 dəfə oxunub
  • A-
  • A
  • A+
66 yaşlı məşhur pianoçu Billi Coellə 33 yaşlı xanımı Aleksis Roderik valideyn olublar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün qızı dünyaya gəlib. Uşağa Della adı qoyulub. Aleksislə 2009-cu ildən görüşən Bill sevgilisinin hamilə olması səbəbindən ötən ay onunla nikah bağlayıb.

Musiqiçi daha əvvəl 3 dəfə evli olub. Della Billin 2-ci qızıdır. Onun Kristi Brinkli ilə olan evliliyindən Aleksa Rey adlı 29 yaşlı bir qızı da var.