Azərbaycanlı sənətçilər Ukraynanın "qara siyahı"sına düşə bilərlər

Azərbaycanlı sənətçilər Ukraynanın "qara siyahı"sına düşə bilərlər
1706 dəfə oxunub
  • A-
  • A
  • A+
Kiyev Krımda keçirilməsi planlaşdırılan "Koktebel Jazz Party" festivalında çıxış edəcək əcnəbi mədəniyyət xadimlərini "qara siyahı"ya salacağı ilə hədələyib.

Axşam.az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Əcnəbi mədəniyyət xadimlərinin bu tədbirə gəlməsi onların Ukrayna ərazisinə girişinə birbaşa qadağa qoyulması ilə nəticələnəcək", - deyə Ukraynanın mədəniyyət naziri Vyaçeslav Kirilenko bildirib.

Musiqi festivalının potensial iştirakçıları arasında Azərbaycan, Braziliya, İsrail, Böyük Britaniya, Gürcüstan və digər dövlətlərin artistləri var.

Rusiyalı iştirakçılar sırasında da İqor Butman, Larisa Dolina, Enver İzmaylov və başqalarının adı qeyd olunur.

"Koktebel Jazz Party" 28-30 avqust tarixlərində Krım yarımadasında keçiriləcək.