"Hər şey uşaqlarımız üçündür" - İbrahim Tatlısəs

"Hər şey uşaqlarımız üçündür" -  İbrahim Tatlısəs
4728 dəfə oxunub
  • A-
  • A
  • A+
Son vaxtlar uşaqlarla baş verən xoşagəlməz hadisələrə türkiyəli müğənni İbrahim Tatlısəs də münasibət bildirib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, "Hər şey uşaqlarımız üçündür. Onlara sahib çıxmalıyıq" deyə, açıqlama verib. O, sosial şəbəkədə övladları ilə şəkillərini paylaşaraq bunları yazıb:

"Uşaqlarımız olmasa, yaşamağın nə mənası var ki? Yemək, içmək, yatmaq, onlara qulaq asmaq, onları başa düşmək, onlarla mehriban yaşamaq... Uşaqlarımın heç birinə bir sillə belə vurmamışam. Allahım heç vurdurmasın da. Hərdən əsəbiləşdiyim hal olur. Amma çox özümdən çıxdığım hal olmur. İnşallah heç olmaz da".