"Kürəkənim mənə oğlum kimidir" - Sənubər İsgəndərli

"Kürəkənim mənə oğlum kimidir" -  Sənubər İsgəndərli
2958 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sənubər İsgəndərli ona edilən serial təkliflərindən imtina edir.

Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin” verilişinə açıqlamasında çox yorulduğunu deyib:

“Serial təklifləri var, amma hələ ki, cavablandırmıram. İki ildir “Qaynana”da çəkilirəm, yoruldum, istirahət istəyirəm. Tam dincəldikdən sonra təkliflərə nəzər yetirəcəyəm. Dörd serialda çəkilməyim üçün dəvət edirlər. Onlar arasında yalnız yerli deyil, xarici seriallar da yer alır. “Varlı qız, kasıb oğlan” serialı maraqla qarşılandı. Həmin layihəni də davam etdirəcəyik”.

Sənubər İsgəndərli necə qaynana olmasından da danışıb:

“Biri var gəlin gətirəsən, biri də var qız ərə verəsən. Kürəkənimi çox istəyirəm. O, mənə oğlum kimidir”.