Moda dünyasının 21 yaşlı yeni ulduzu - fotolar

Moda dünyasının 21 yaşlı yeni ulduzu - fotolar
4344 dəfə oxunub
  • A-
  • A
  • A+

"Victoria's Secret Pink" yeni reklamında kolumbiyalı gözəl Daniela Lopes Osorionu çəkib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Daniela internetdə çimərlik geyimində podiumda gəzdiyi görüntü ilə məşhurlaşıb. Qısa müddətdə dünya brendlərinin marağını özünə çəkən 21 yaşlı Lopes bu yayın sonunda firma ilə müqavilə imzalayıb. Reklam fotosessiyasının fasiləsində o, "NY Post"a müsahibəsində o, hər şeyin çox sadə olduğunu deyib:

"Heç bir pəhrizdən istifadə etmirəm. Fasilələrdə mütləq sendviç yeyirəm. Kolumbiya gözəlliyi iri sinə, liposaksiya edilməsi və silikonlarla ombanın böyük göstərilməsidir. 15 yaşım olanda bütün rəfiqələrim artıq əməliyyat etdirmişdilər. Mənim valideynlərim isə bunu dəstəkləmirdilər".

O, Gigi və Bella Hadidin modellərin arıq olmaması barədə fikirlərini dəstəkləyir:

"Onlar moda sənayesində bu vəziyyəti dəyişdirəcəklər. Bədən təkcə arxadan ibarət deyil. İnsan yaş ötdükcə dəyişir. Amma xarakter qalır. Məsələn, mənim əla ləhcəm var. Dostlarım deyir ki, buna görə sənə hər şeyi bağışlamaq olar".

Daniela Lopes ilin əsas tapıntısı və ən böyük modellərin ciddi rəqibi kimi proqnozlaşdırılır.