Nadir Qafarzadəni oğurluqda ittiham etdi

Nadir Qafarzadəni oğurluqda ittiham etdi
2788 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elçin Hüseynov həmkarı Nadir Qafarzadəni plagiat mahnı oxumaqda ittiham edib.

O, Axşam.az saytına açıqlamasında Nadirin “Sənə verərəm şabaş” mahnısının onun səsləndirdiyi “Zalım”ın təkrarı olduğunu deyib:

“Nadir Qafarzadənin səsləndirdiyi “Sənə verərəm şabaş” mahnısının son notları mənim “Zalım” bəstəmin eynisidir. Bu mahnı məndən oğurlanıb. Nadir plagiat musiqi ifa edib”.

Elçin həmkarlarının onun oxu tərzini təkrarlamasından söz açıb:

“Sənətə ilk gəldiyim günlər altı-beş ritmində mahnılar oxuyurdum. O vaxtlar heç kim məni bəyənmirdi, mahnılarımı xoşlamırdılar. Amma indi şou-biznesdəki sənətçilərin əksəriyyəti bu stildə oxumağa başlayıb”.

Qeyd edək ki, “Zalım” mahnısının müəllifi bəstəkar Hacı Nazimdir.