Azərbaycanın gənc modelləri buraya toplaşdı (Fotolar)

Azərbaycanın gənc modelləri buraya toplaşdı (Fotolar)
6988 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün  “Bali Spa Center” sağlamlıq və gözəllik kompleksində “DeLorean Model Agency” modellərinin ilk kastinqi baş tutub.

Axşam.az-ın məlumatına görə, kastinqin münsiflər heyətində “DeLorean Model Agency”nin kreativ-direktoru Əli Zeynallı, “Bali Spa Center”in baş rəhbəri İradə xanım və məşhur stilist Samir Əliyev yer alıb. Kastinq iki mərhələli şəkildə keçirilib.
 
Kastinqdə iştirak edənlər arasında peşəkar modellərlə yanaşı, model məktəbinin üzvləri və adi gənc qızlar da yer alıb.

Agentliyin kreativ-direktoru Əli Zeynallının sözlərinə görə, kastinqin əsas məqsədi Azərbaycan gənclərinin model aləmində inkişafına, dünya miqyasında uğurlu addımlarının atılmasına, model biznesinə rahat inteqrasiyasına imkan yaratmaqdır.

“DeLorean Model Agency”nin gələcək planları arasında ölkə xaricində, xüsusilə, Türkiyə, Qazaxıstan, Ukraynada ofislərin, həmçinin agentliyin nəzdində bir neçə yaş kateqoriyalı model məktəblərinin açılışı nəzərdə tutulur.

Fotoqraf: Bəhruz ƏLİZADƏ