Ailəsi türkiyəli müğənninin intiharına inanmır

Ailəsi türkiyəli müğənninin intiharına inanmır
1775 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ankaralı Namık" adıyla tanınan müğənni Namiq Uğurlunun intiharından sonra araşdırmalar davam edir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ailəsi 7-ci mərtəbədən düşərək həyatını itirən ifaçının intihar etdiyinə inanmır. Namiqin dayısı bu barədə hamısının fikrinin eyni olduğunu deyir:

"Qəzadan sonra beli ağrıyırdı. Kreslodan ayağı sürüşdüyü üçün düşüb. Atası da, anası da belə fikirləşir. İntihar yoxdur".

Binanın mühafizəçisi N.Uğurlunun həyat yoldaşının polisə verdiyi ifadəni danışıb:

"Müğənni 15-20 dəqiqə çöldə gəzdikdən sonra həyat yoldaşı onu eyvanda əyləşdirib, özü uşaqları yatızdırmağa gedib. Namiq "mən pisəm, özümü yaxşı hiss etmirəm" dedikdən sonra intihar edib".