“Bakıda otağıma güllər düzdü” - Hadisə

“Bakıda otağıma güllər düzdü” -  Hadisə
3267 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə paytaxtımıza gələn Türkiyəli müğənni Hadisə Bakıda sürprizlə qarşılaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında bildirib ki, qaldığı oteldə onu təəccübləndirəcək olay baş verib:

“Otağımda şamlarla Hadisə sözü yazılmış, çiçəklər düzülmüşdü. Kimin etdiyini bilmirəm, amma həyatımda ilk dəfə belə bir şeylə qarşılaşırdım. Çox bəyəndim”.

Sevgilisi olmadığından şikayətlənən türkiyəli ifaçı Bakıya köçəcəyini bildirib:

“Bakıda qismətim açıldı. Artıq buraya köçməyi düşünürəm”.

O, həmçinin deyib ki, bazar günü yenidən şəhərimizə gələcək:

“Özəl tədbirə dəvət aldım. Bazar günü yenidən buraya qayıdıram. Bakını çox sevirəm”.