Faiq Ağayevdən Flora Kərimovaya sərt cavab

Faiq Ağayevdən Flora Kərimovaya sərt cavab
4072 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev həmkarı Flora Kərimovanın onun barəsində dediyi fikirlərə münasibət bildirib.

Axşam.az Faiq Ağayevin "Facebook"da yazdığı cavabı təqdim edir:

"Allah heç kimin ağlını başından almasın!

Gülünc, urvatsız, ikrah doğuracaq hala düşməkdən dəhşətli nə ola bilər ki bir adam üçün?

Üstəgəl qadındırsa.
- Çoxərlilik yaşayaraq, mənəvi dəyərlərdən mülahizələr etmək.
- Siyasi əqidəsinə dönük çıxıb, prinsipiallıq haqda dərs keçmək.
- Uduzub, özünü yalandan qalib cildinə salmaq.
- İslam dinini təhqir edib, Allahın adını dilinə gətirmək.
- Sidiklə müalicə edib, "murdar-təmiz" mövzusu haqda söhbət aparmaq.

Bu kimi qəhrəmanlıq səlnaməsini yaşayan bir kəsin çıxışı - önəmsiz və dəyərsizdir mənim üçün.

Sözün, ittihamın o vaxt dəyəri olur ki, onu söyləyənin buna tam haqqı olsun.

Xalqı aldatmaq mümkün deyil.

Xatırladaq ki, Flora Kərimova Faiq Ağayevi gey olmaqda ittiham etmişdi.

Qüsurlu moizəni qəbul etməz o. Heç bir zaman.

Hakim Kəmalə Əmirxanovanın imzası ilə verilən Səbail rayon Məhkəməsinin 21.07.2010 tarixli hökmünə əsasən, F.Kərimova 148 maddəsi ilə təqsirli bilinib, cərimə edilib.

Hakim Xəqani Tağıyevin imzası ilə Yasamal rayon Məhkəməsinin 17.01.2011 tarixli hökmünə əsasən , "... Flora Ələkberovnanın şikayəti üzrə Ağayev Faiq Balağa oğlu təqsirsiz elan edilərək, ona bəraət verilsin."

Hər 2 hökm daha yüksək məhkəmə instansiyaları tərəfindən dəyişilməz olaraq təsdiqlənib və qüvvəyə minib.

Mən "rəhmət" qazanıb, yaşayanların, ictimai nüfuzu şübhə altında olmayanların iradına fikir verərəm yalnız.

Bu isə irad, tənqid, eyham deyil. Gözü götürməzlikdən, mənimlə mübarizədə məğlub olmaqdan, çarəsizlikdən doğan acizanə bir böhtan cəhdidir.

Pasportunda Flora ALEKPEROVNA adını daşıyanın öz dili ilə deyirəm - sən qələt edib barəmdə danışırsan".