Yolları ayrıldı

Yolları ayrıldı
2502 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva ilə prodüser Təranə Səmədovanın işbirliyi uzun sürməyib.

Axşam.az xəbər verir ki, bu barədə prodüser T.Səmədova məlumat verib.

O, işlərinin çox olmasını əsas gətirərək rəqqasə ilə işbirliyini dayandırdığını deyib:

“Bizim Fatimə ilə işimizdən əlavə dostluğumuz var. İşlərimin çox olmasından dolayı buna yekun vurmaq qərarına gəldik. Çünki mən bir neçə müğənni ilə çalışıram. Amma bir dost kimi ona hər zaman yardımçı olmağa hazıram. Fatiməyə uğurlar arzu edirəm”.

Xatırladaq ki, müğənni Fəqan Səfərovla da işbirliyinə son qoyan prodüserin Nəsimi Məmmədov, “Sharm” qrupu və gənc müğənni Lamiyə Novruzova ilə fəalliyyəti davam edir.