Azərbaycanlı fotoqraf Parisdə 2 qızıl medal aldı

Azərbaycanlı fotoqraf Parisdə 2 qızıl medal aldı
731 dəfə oxunub
  • A-
  • A
  • A+
Parisdə, Luvr Muzeyinin Karusel salonunda SNBA fotosərgisinin mükafatlandırma mərasimi keçirilib.

Axşam.az Report-a istinadən xəbər verir ki, bu il Azərbaycanı SNBA-da beş fotosu ilə təmsil edən gənc fotoqraf Maya Bağırova sərginin “Fotoqrafiya” nominasiyasında üç mükafata layiq görülüb.
 
Onun “Tənhalıq” və “Çöl gülləri” fotoları SNBA-nın və bu təşkilatın dəvətli münsiflər heyətinin “Fotoqrafiya” nominasiyasının iki qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.

Azərbaycanlı gənc fotoqraf ilk dəfə idi ki, bu sərgidə iştirak edirdi.