İlqar Əliyev modellikdən turizm sahəsinə keçdi

İlqar Əliyev modellikdən turizm sahəsinə keçdi
2592 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış azərbaycanlı model İlqar Əliyev bu sahə ilə yollarını ayırıb.

Model.axşam.az-a açıqlama verən İlqar bunun səbəbləri haqda danışıb:

"Artıq kastinqlərdə iştirak etmirəm. Daha məni podiumlarda görə bilməzsiniz, amma hansısa şirkətin siması olaraq çəkilişlərdə iştirak edə bilərəm. Yaşımla əlaqədar işimə son verdim. Artıq bu sahədən doymuşam. Fikrimcə, daha ciddi işlərlə məşğul olmağın vaxtıdır. İndi gənc model dostlarıma dəstək oluram və kənardan onları izləyirəm".

İ.Əliyevin sözlərinə görə, hazırda Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birində çalışır:

"Milli Aviasiya Akademiyasını bitirdiyimə görə, bu sahə mənə daha yaxın gəldi. Məni dəstəkləyən insanlara "çox sağ ol" əvəzi, turizm sahəsində yardım göstərə bilərəm".

Keçmiş model deyib ki, modellik sahəsindən getsə də, film təkliflərini müsbət dəyərləndirə bilər:

"Aktyor kimi özümü sınamışam. Əgər yenidən dəvət olarsa, çəkilməyim mümkündür".

O, gənc modellərə öz tövsiyələrini də verib:

"Model fəaliyyətini uğurla davam etdirən dostlarımız çoxdur. Sadəcə, onlar Bakıda oturmaqla qabağa gedə bilməyəcəklər. Tövsiyə edərdim ki, dünyanın məşhur "fashion" şəhərlərinə getsinlər".