Məşhur serialın davamının çəkiləcəyi dəqiqləşdi

Məşhur serialın davamının çəkiləcəyi dəqiqləşdi
2973 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın FOX telekanalı "Həbsdən qaçış" ("Prison break") serialını sevənlərə şad xəbər verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir müddətdir serialın ardının çəkiləcəyi haqda gəzən söz-söhbətlər təsdiqini tapıb. Baş rollarında Venvort Miller və Dominik Persellin çəkildiyi layihənin prodüserləri hər iki aktyorla razılığa gəliblər.

Linkoln və Maykl adlı iki qardaşdan bəhs edən dünya şöhrətli ekran işinin davamı, yəni beşinci mövsümünün çəkilişləri apreldə başlayacaq.

Qeyd edək ki, "Həbsdən qaçış" 2005-2009-cu illərdə nümayiş olunub.