Musiqili Teatrın fevral repertuarı

Musiqili Teatrın fevral repertuarı
558 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrı fevral ayında teatrsevərlərə maraqlı tamaşalar təqdim edəcək.

Qurumun mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, gələn ay sənət ocağının səhnəsində 20-dək tamaşa nümayiş olunacaq.

Belə ki, bu ayda tamaşaçılara hər zaman maraqla qarşılanan bir sıra səhnə əsərləri - “O olmasın, bu olsun”, “Ər və arvad”, “Toya bir gün qalmış” , “Mən dəyərəm min cavana” , “www-ferzeli-kef.com”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda”, “Qısqanc ürəklər” və s. təqdim ediləcək. Habelə, rusdilli balaca tamaşaçılar üçün “Qafqazlı qardaşqızı”, “Skapenin kələkləri”, “Düyməcik”, “Yağış göbələyinin macərası” , “Dəcəl çəpişlər”, “Bir dayan, canavar” , “Qırmızı papaq” və başqa tamaşalar nümayiş olunacaq.

Qeyd edək ki, hazırda teatrda bir neçə yeni tamaşa hazırlanır. Fevral ayında həmin tamaşalardan birinin – xalq yazıçısı Elçinin hekayələri əsasında səhnələşdirilmiş “Baladadaşın toy hamamı” lirik komediyasının premyerası nəzərdə tutulur.