Xalq artistinə mükafat verildi

Xalq artistinə mükafat verildi
1871 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Zərnigar Ağakişiyeva anadan olmasının 70 illiyi və teatr sənəti sahəsində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Axşam.az-ın məlumatına görə, aktrisa ömrünün 40 ildən çoxunu sənətə həsr edib.

O, 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb.

Aktrisa müxtəlif televiziya tamaşalarında - “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”, filmlərdə - "Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və başqalarında rol alıb.