Medical Park xəstəxanalar şəbəkəsində qarın boşluğu xərçəngində kimyaterapiya üsulu

Medical Park xəstəxanalar şəbəkəsində qarın boşluğu xərçəngində kimyaterapiya üsulu
725 dəfə oxunub
  • A-
  • A
  • A+

Medical Park Samsun Xəstəxanasında ümumi cərrahiyyə şöbəsi qarın boşluğu xərçənginin müalicəsində yeni üsuldan istifadə etməyə başladı.

Klinikanın cərrahlarından olan dossent Dr.Koray Topgül son bir həftədə iki xəstəni qarın boşluğu isti kimyaterapiya üsulu ilə müalicə etdiyini qeyd etdi:

“Bəzi xərçəng tiplərinin sistemik (damardan verilən) kimyaterapiya üsulu ilə müalicəsi çox ağırdı. Xüsusilə, qarın boşluğuna edilmiş və qarın içi zarını tutan (periton) şişlərdən bu müalicə üsulu yetərsiz olur. İsidilmiş olaraq qarın boşluğuna edilən  kimyaterapiya həm xərçəng hüceyrələrinin birbaşa dərmanla qarşılaşmasına səbəb olur, həm də istinin təsiri ilə şiş hüceyrələrinin məhv etmə təsirini artırır".

Dossent Dr.Topgül həmçinin bildirib ki, ”əvvəlcə xəstə əməliyyat olunur və rast gəlinən bütün xərçəngli hissələr çıxarılır. Əməliyyatın cərrahi qismi bitincə eyni seansda xəstəni ayıltmadan bir saat müddətində qarının içinə 41-43 dərəcədə isidilmiş kimyaterapiya mayesi vurulur. Bu müalicə üsulu xüsusilə gecikmiş yumurtalıq xərçəngləri, kolon (yoğun bağırsaq), mədə, apendisit və peritonun öz xərçəkləri hətta pankreas xərçənglərində də istifadə olunmaqdadır.

Ünvan: Nigar Rəfibəyli 12/14 AZ 1001 Bakı,Azərbaycan

Tel: 012 497 54 00

Mob: 055 221 90 28
        055 221 90 29