Xalq Şairinin xatirəsi anılacaq

Xalq Şairinin xatirəsi anılacaq
4600 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 3-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Zəlimxan özü var xatirələrdə” adlı ədəbi-bədii gecə keçiriləcək.

Axşam.az-ın məlumatına görə, AAB-dən AzərTac-a bildirilib ki, tədbirdə şairin poeziyasından nümunələr səsləndiriləcək, incəsənət ustaları şairin əsərlərinə bəstələnmiş mahnıları ifa edəcək, aşıqlar saz havası üstündə şeirlərini oxuyacaqlar.