"Karlson" Bakıya gəlir

"Karlson" Bakıya gəlir
2340 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 29-da Heydər Əliyev Sarayının səhnəsində "Malış və Karlson" adlı musiqili tamaşa göstəriləcək.

Axşam.az xəbər verir ki, Rusiyanın tanınmış kinoaktyoru və televiziya aparıcısı Mixail Poliseymakonunun baş rolu ifa edəcəyi musiqili tamaşanın rejissoru Denis Slavin, bəstəkarı Leonid Qolovko, şerlərin müəllifi Valeriya Karpova, xoreoqraf Marina Yaseviçdir. Saat 12:00 və 15:00-da başlayacaq tamaşalarının biletləri 10-50 manat arasında satışa çıxarılıb.

Qeyd edək ki, balacaların sevimli qəhrəmanları olan Balaca və Karlson Astrid Lindqrenin məşhur əsərinin personajlarıdır. "Balaca və Karlson"u uşaqlara daha çox sevdirən "Soyuzmultfilm"in çəkdiyi cizgi filmi olub.