“İlk iradı həmişə həyat yoldaşımdan eşidirəm” – Şahin Növrəsli

“İlk iradı həmişə həyat yoldaşımdan eşidirəm” –  Şahin Növrəsli
1490 dəfə oxunub
  • A-
  • A
  • A+

Cazmen Şahin Növrəsli uğurunun sirrini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Atv maqazin” dərgisinə müsahibəsində həyat yoldaşı Natavanın ona bütün işlərində dəstək olduğunu deyib. Cazmen hər dəfə yeni mahnı ifa edərkən onu ilk olaraq Natavana dinlətdirir:

“Həyat yoldaşım da peşəkar musiqiçidir, vokal ifaçısıdır. Ailədə iki yaradıcı insanın olması çox çətin haldır. Ona görə də Natavan yaradıcı insan kimi məni önə verib, dəstək olur. İlk tanış olduğumuz vaxtlarda o cazı sevmirdi. İndi isə sevə-sevə qulaq asır və məsləhətlərini verir. Əsəri həmişə iki variantda yazıb ona göstərirəm. Eləsini seçir ki, hər zaman uğurlu alınır. Bu da onun mənim sənətimə olan sevgisindən irəli gəlir. Qazandığım uğurlarda həyat yoldaşımın böyük rolu var".