Teatr kollektivi festivala gedir

Teatr kollektivi festivala gedir
314 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi mayın 21-dən 29-dək daha bir beynəlxalq festivalda iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, yaradıcı heyət Rusiyanın Lobnya şəhərində keçiriləcək “Rus klassikası” beynəlxalq teatr festivalına dəvət alıb. Festivalda ölkəmizi teatrın istedadlı aktyoru, əməkdar artist Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edəcək. Festivala Azərbaycanla yanaşı, Almaniya, ABŞ, İspaniya, İsrail və Rusiyanın müxtəlif şəhərlərindən olan nüfuzlu teatr kollektivləri qatılacaq.

Qeyd edək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi zəngin irsə malik klassik rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən teatr incəsənətinə gənc auditoriyanın marağını daha da artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir.