Fəxrəddin Manafov bunu ilk dəfə etdi - fotolar

Fəxrəddin Manafov bunu ilk dəfə etdi -  fotolar
2476 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda tanınmış rejissor İlqar Safat qadınların sevimlisi haqqında tamaşa hazırlayıb. Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında çoxdan gözlənilən “Kazanova: Sevgi dərsləri" tamaşasının premyerası baş tutub.

Axşam.az-ın məlumatına görə, pyesin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Xalq artisti Fəxrəddin Manafovun baş rolda oynadığı tamaşa böyük maraq doğurub. Aktyor etiraf edib ki, həyəcandan əlləri əsir:

"Rus dram teatrının səhnəsində ilk dəfə çıxış edirəm və bu, mənim üçün böyük məsuliyyətdir.  Təxminən dörd ildir ki, səhnəyə çıxmıram. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər. Təkcə özümə deyil, bütün aktyorlara da uğurlar arzulayıram".

Rejissor İlqar Safat isə bildirib ki, onlar tamaşanı iki ay ərzində hazırlayıblar.

Tamaşada yer alan gənc aktrisa Yeganə Hüseynli Fəxrəddin Manafovla bir səhnədə oynamağın onun üçün böyük şərəf olduğunu bildirib.

“Kazanova: Sevgi dərsləri"ndə  Yuri Balıyevin, Firdovsi Atakişiyevin, Murad Məmmədovun, Yeganə Hüseynlinin yer alıb.