Aşıqlar Birliyi Ulu Öndəri andı - foto

Aşıqlar Birliyi Ulu Öndəri andı - foto
764 dəfə oxunub
  • A-
  • A
  • A+
Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı və professor Qəzənfər Paşayev mövzuya dair məruzə ilə çıxış ediblər.
Tədbirdə, həmçinin əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, aşıq Əli Tapdıqoğlu və aşıq Vüqar Mahmudoğlunun birgə yaratdığı "Aşıqlar" xalq kollektivi, Solmaz Kosayeva, Haşım Qubalı və Gözəl Kəlbəcərli, eləcə də “Misri” qrupu musiqi nömrəsi ilə çıxış ediblər.