İncəsənət Muzeyində "Mənzərələr" adlı sərgi

İncəsənət Muzeyində "Mənzərələr" adlı sərgi
458 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 1-də Müasir İncəsənət Muzeyində 1940-cı ildən Rəssamlar İttifaqının üzvü, Əməkdar Rəssam (1977), Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyevin “Mənzərələr” adlı fərdi sərgisi açılıb.

Axşam.az xəbər verir ki, Azərbaycan Memarlar İttifaqının sədri, Xalq Rəssamı Elbəy Qasımzadə görkəmli rəssamın həyat və yaradıcılığı haqqında danışıb.

Rəssamın təbiət gözəlliklərini əks etdirən əsərləri monumentallığı və qeyri-adi koloriti ilə seçilir. Milli incəsənət tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və yüksək qiymətləndirilir.