Beren Kıvançla bəhsə girdi

Beren Kıvançla bəhsə girdi
2252 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Beren Saat rol aldığı “İntiqam” serialının hər bölümü üçün aldığı 55 min lirədən (təxminən 27 min manat) imtina edib.

Axşam.az-ın məlumatına görə, “Aşkı-Məmnu”dakı tərəf müqabili Kıvanç Tatlıtuğun yeni serial üçün hər bölümə 65 min lirə aldığını eşidən Beren yaradıcı heyət qarşısına şərt qoyub.

Aktrisa maaşının artırılmasını tələb edib. O, Kıvançla birlikdə çəkildikləri “Aşkı-Məmnu” serialında eyni miqdarda pul aldıqlarını deyib. Yaradıcı heyət Berenin təklifi ilə razılaşaraq, onun qonorarını 65 min lirəyə qaldırıb.

Beləcə, Beren Saat ən çox qazanan qadın aktrisalar sırasına daxil olub.

Saat təkcə filmlərdə yox, reklam çarxlarında da Kıvançla bəhsə girib. O, Tatlıtuğun bank reklamından 2 milyon lirə aldığını eşitdikdən sonra birlikdə çalışdığı şampun firmasından eyni məbləği tələb edib.