“İçərişəhər Formula 1-in gözü ilə”

“İçərişəhər Formula 1-in gözü ilə”
1386 dəfə oxunub
  • A-
  • A
  • A+
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışları ərəfəsində İçərişəhərdə “İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı” adlı tədbir keçirəcək.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Tədbir İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda iyunun 11, 12, 18, 19, 25 və 26-da təşkil olunacaq.

“Meydan Bazarında” Azərbaycanda mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoyma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunacaq.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.