“Leyli və Məcnun” yenidən hazırlanır

“Leyli və Məcnun” yenidən hazırlanır
371 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.

Axşam.az-ın məlumatına görə, orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlıq işlərinə başlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə olan yeni səhnə əsərində tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assisenti Günay Qasımovadır.

Yeni tamaşada obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Rasim Cəfərov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova, Elnur Əliyev, Eşqin Quliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər.

İlk dəfə dramatik  janrda hazırlanacaq  yeni səhnə əsərinin premyerasının – 89-cu teatr mövsümünün əvvəllərində təqdim olunması nəzərdə tutulur.