Ərdoğanın həyatından bəhs edəcək filmlə bağlı qalmaqal

Ərdoğanın həyatından bəhs edəcək filmlə bağlı qalmaqal
2816 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatı haqqında çəkiləcək “Reis” filmi ətrafında “Kafkasör Film Akademisi” və “Evrensel Medya” arasında gərginlik yaranıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Evrensel Medya” filmin fraqmentlərindən istifadə edərək treyler yayımlayıb və istehsalçısı olduqlarını bildiriblər.

Prodüser olaraq da Ali Avcı göstərilib.

Lakin, “Kafkasör Film Akademisi” buna etiraz edərək kinonun hüquqi sahibi olduqlarını açıqlayıb:

“Ötən həftə yayılan xəbərlərdə adları çəkilənlərin kino ilə heç bir əlaqəsi yoxdur. Bu tip xəbərlərə qarşı hüquqi addımlar atılacaq və məhkəməyə müraciət edəcəyik”.