“Bu şəhərdə”nin ssenaristi ata oldu

“Bu şəhərdə”nin ssenaristi ata oldu
1779 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov üçüncü dəfə ata olub.

Axşam.az-ın müxbiri ilə söhbətində ssenarist övladına İbrahim adını qoyduğunu deyib. Çoxuşaqlı ata olmaq istədiyini bildirən M. Abbasov sevincini bizimlə bölüşüb:

“Allahın verdiyi pay mənim üçün böyük xoşbəxtlikdir. İnsanlar var ki, deyirlər iki və ya bir uşaq bəsimdir. Bəzisi isə ondan tamamilə imtina edir. Amma heç vaxt bu cür şeylər düşünməmişəm. Əgər qismət olsa, dördüncü, beşinci övladı da istəyərəm”.

Qeyd edək ki, ssenaristin daha bir qızı və bir oğlu var.