“Xəmsə” ilk dəfə özbək dilində - fotolar

“Xəmsə” ilk dəfə özbək dilində - fotolar
1294 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə özbək dilində çap edilib.

Axşam.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tərcümə Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində həyata keçirilib.

Tərcüməni Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev tərəfindən həyata keçirilib. Tərcüməçi yazdığı epiloqda qeyd edir ki, kitabı qardaş Azərbaycanın və vətəni olan Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edir.

O.Buriyevin “Nizami Gəncəvi: Xəmsə” adlı özbək dilində kitabının Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə Özbəkistan kitabxanalarına paylanması nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Nizami Gəncəvinin bütün əsərlərinin ayrılıqda özbək dilinə tərcüməsini Özbəkistanın xalq şairi Camal Kamal həyata keçirir və bu tərcümələr hazır olduqda işıq üzü görəcək.