Türkiyəli müğənni:"Vücudumu göstərməkdən məmnunam"

Türkiyəli müğənni:"Vücudumu göstərməkdən məmnunam"
2548 dəfə oxunub
  • A-
  • A
  • A+

- Bakıya gəlişinizin səbəbi nədir?

- İlk dəfədir ki, Bakıda oluram. Bura yaxın dostum, həkim Hayati Akbaşın dəvəti ilə gəldim. Mən gözəlliklə bağlı hər şeyi çox sevirəm. Verilişimdə həmişə xanımlara gözəlliklə bağlı məsləhətlər verirəm. Bakıda klinikaların birində gerçəkləşdiriləcək burun əməliyyatının aparılması prosesində iştirak edəcəm. Yeni məlumatlar əldə edib, Türkiyədəki tamaşaçılarıma aparacam.

- Şəhərimizi gəzmək imkanınız oldu?

- Dostlarım Bakını mənə bir az gəzdirdilər. Bakının bu qədər gözəl olduğunu heç bilmirdim. Çox müasir şəhəriniz var. Deyilənə görə, son 5-6 ildə Bakı tanınmaz hala gəlib, gözəlləşib. Çox təəccübləndim. İlk dəfədir ki, memarlığa önəm verən şəhər görürəm. Bakıya baxmaqla doymaq olmur. Sizin insanlarınız çox mehriban, canayaxındırlar. Hansı restorana getdiksə bizi çox gülərüzlə qarşıladılar. Buranın insanlarına heyran qaldım. O qədər istiqanlısınız ki, elə bil illərdir bir-birimizi tanıyırıq.

- Yəqin ki, yeməklərimizin də dadına baxdınız...

- Dostlarımın hamısı pəhriz saxladığı üçün ətli yeməklərin dadına baxa bilmədim. Amma sizin çox dadlı dolmalarınızın olduğunu eşitdim.  Mütləq dolmaların dadına baxacam. Birdə burada mənə qutab yeməyi tövsiyyə etdilər.

- Azərbaycan sənətçilərindən kimləri tanıyırsınız?

- Türkiyədə tez-tez olduğuna görə Brilliant Dadaşovanı tanıyıram. Bir də indi Vasif Məhərrəmli ilə tanış oldum.

- Həmişə çox cəsur, açıq-saçıq fotolarınız ilə gündəmdə olmusunuz...

- Bu işə model kimi başlamışam. İdman müəllimiyəm. Ona görə də bədən quruluşumdan çox razıyam. Və açıq pozlar verməkdən də çəkinmirəm. Qapanmağı çox sevmirəm. Vücudumu göstərməkdən məmnunam.

- Azərbaycanla bağlı layihə etməyi düşünürsünüzmü?

- Əgər təklif gəlsə, dəyərləndirərəm. Mən həm aparıcı, həm də müğənniyəm. Bunu həm Türkiyədə, həm də Azərbaycanda ən səviyyəli formada edəcəyimə inanıram. Təkliflər gözləyirəm. (gülür)

- Bu qədər enerjini haradan alırsınız?

- İdmançı  olduğumdan enerjim bitib-tükənmir. Mən sakit biri kimi görünürəm. Amma bu məsum görünüşə inanmayın. Əyləncəyi, aktiv həyatı sevirəm. Günümü anam və itimlə keçirməyi xoşlayıram. İdmanla məşğul olmadan dayana bilmərəm. Bura gələndə də tək tələbim qalacağım otaqda idman etmək üçün lazımi avadanlıqların olması idi.

- Bu il mənim ilimdir demişdiniz. Oldumu?

- Olmadı. Bir daha bu qədər böyük danışmayacam. Heç bir işim gündəmdə partlayış etmədi. Yaxın günlərdə yeni bir proqrama başlayacam. Tam fərqli üslubda olacaq.

- Son olaraq Bakıdakı fanatlarınıza nə demək istərdiniz?

- Növbəti gəlişimdə mütləq onlarla görüşəcəm. Bəlkə bir konsert də verərəm. Tək istədiyim burada Rihannanın konsertinə getmək idi. Alınmadı. Eşidəndə ki, Rihanna Bakıdadı, inanmadım.