İstirahət gününə hava proqnozu

İstirahət gününə hava proqnozu
1049 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 20-23 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.