"Fənərbaxça"nın gənc ulduzu nişanlandı - fotolar

"Fənərbaxça"nın gənc ulduzu nişanlandı - fotolar
2498 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə futbol yığmasının və "Fənərbaxça"nın gənc ulduzu Ozan Tufan evlilik yolunda ilk addımını atıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 21 yaşlı futbolçu dünən axşam nişanlanıb. Ailə və dostlar əhatəsində baş tutan mərasimdə nişan üzüklərini "Fənərbaxça"nın kapitanı Volkan Demirel taxıb.

Futbolçular Mehmet Topal və Volkan Şen də gecədə iştirak edənlər arasında olublar.